
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəsna tarixi xidmətlərindən danışıb.
Rektor təqdim olunan “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabının əhəmiyyətini vurğulayıb, onun nəsillərə layiqli töhfə olduğunu söyləyib.
Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti Həmzə Əliyev məruzə ilə çıxış ediblər.
Sonra iştirakçılara “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabı, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Linqvistika problemləri” jurnalı və “Filologiya” qəzetinin xüsusi buraxılışı hədiyyə olunub.
Tehsil-press.az