
Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru Elnarə Akimovadır.
Kitabda ədəbiyyatşünas alimin Ulu Öndər Heydər Əliyev mövzusunda məqalələri yer alıb. “Heydər Əliyevin tarixi obrazı”, “Azərbaycan, Azərbaycan”, “Heydər Əliyevin ədəbiyyat sevgisi”, “Ədəbiyyatda Heydər Əliyev obrazı”, “Müstəqillik ədəbiyyatı və Heydər Əliyev” bölmələrindən ibarət olan nəşr Ulu Öndərin tarixi obrazına ədəbiyyatdan işıq salmaqla yanaşı, Heydər Əliyev və ədəbiyyat mövzusunu genişliklə əhatə edir. “Ulu Öndər yolu” fəslində Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ədəbiyyatdan görünən obrazı əksini tapmışdır.
Tehsil-press.az