Nəsiminin qəzəlləri alman dilində

Nəsiminin qəzəlləri alman dilində Azərbaycan Dillər Universitetində (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi alman ədəbi-nəzəri fikrində” adlı dəyirmi masa keçirilib.
Tədbirdə kafedranın müəllimləri Zivər Almuradlı Nəsiminin həyat və yaradıcılığından, Günel Əliyeva isə alman ədəbiyyatşünaslığında Nəsimiyə münasibətdən danışıblar.
Filologiya fakültəsinin tələbələri Nəsiminin qəzəllərini alman və Azərbaycan dillərində söyləyiblər.
Daha sonra tələbələr “Nəsimi” filmindən şairlə Əmir Teymurun dialoqu olan epizodu alman dilində təqdim ediblər.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər