
Ekspertlər hesab edir ki, təhsil müddətinin uzadılması indiki halda doğru addım olmaz. Təhsil eskperti Elçin Əfəndi arb-yə bildirib ki, DİM tərəfindən qəbul imtahanlarının nəticələrinin elan olunması, tələbələrin yerləşdirilməsi sentyabr ayının 15-i və ya sonuna təsadüf edir. Belə olan halda dərslər sentyabrın 1-də başlayacaqsa, bu proses yekunlaşmalıdır.
Deputat Ceyhun Məmmədov isə qeyd edib ki, may ayının sonundan hamı tətilə getmək barədə düşünür. İyun ayında uzadılan 15 gün səmərəsiz gedir.
Tehsil-press.az