
Bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 1 oktyabr tarixindən 5-9-cu siniflərin mərhələlərlə təhsilə əyani şəkildə başlaması planlaşdırılır:
“Verilmiş situasiadan asılı olaraq onlar həftədə 2 və ya 3 dəfə məktəbə gələ bilərlər. Ölkə üzrə 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 min nəfərdir. Əgər epidemioloji vəziyyət imkan verərsə, biz oktyabr ayının 1-dən 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış və ya hissə-hissə, qarışıq proqramlarla məktəbə qaytarmağı planlaşdırırıq”.
Nazir, həmçinin əlavə edib ki, əgər epidemioloji vəziyyət stabil olarsa, 15 oktyabr tarixindən 10-11-ci siniflərdə təhsil alan təxminən 182 min nəfər təhsil alanın məktəblərə qayıtması planlaşdırılır: “Bundan əlavə, 150 min müəllim və ümumilikdə 200 mindən bir qədər artıq, müəllim, texniki heyət və ümumtəhsil müəssisələrində işləyən insanların da məktəblərə gəlib-getməsi təmin edilməlidir”.
Tehsil-press.az