
Bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması, onların işə qəbulu üzrə müsabiqə ilə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, cari ildə prosesdə iştirak edəcək 32 mindən çox müəllimə mayın 18-də test imtahanı məlumatları göndərilib.
Bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair bütün ölkə üzrə 30 min müəllimlə görüşlər keçirilib, müəllimlərə prosesin təşkili və qiymətləndirmə çərçivəsi ilə bağlı məlumatlar təqdim olunub.
Tehsil-press.az