Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı Mingəçevir Su Anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakini Təyyar Mustafayev, Yevlax rayon sakinləri Təbriz Yusifov, Yusif Əzizov, Yadigar Allahverdiyev, İlqar Məmmədov, Zaqatala rayon sakini Vüqar Həsənov, Neftçala rayon sakini Rüstəm Kazımov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - qurum rəsmisi bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər