BDU-da "Planetlərin paradı"nın astronomik müşahidəsi keçirilib

BDU-da Bakı Dövlət Universitetində (BDU) "Planetlərin paradı"nın astronomik müşahidəsi keçirilib.

Müşahidə tədbiri BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin önündə "Celestron - Schmidt Cassegrain" teleskopu vasitəsilə aparılıb.

“Planetlərin paradı”nda 6 planet iştirak edib. Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanıb. Günəşdən sıralanma ardıcıllığı aşağıdakı kimi olub: Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter.

“Planetlərin böyük paradı”nı Günəş batdıqdan dərhal sonra - təxminən bir saatlıq müddət ərzində izləmək mümkün olub.

Tehsil-press.az

Oxşar xəbərlər