ABŞ Prezident Co Baydenin keçmiş prezident Donald Trampa qarşı irəli sürülən ittihamlarda heç bir halda iştirak etmədiyini açıqlayıb. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinqdə məlumat verib: “O, heç bir şəkildə bu prosesdə iştirak etməyib”. Onun sözlərinə görə, Bayden istintaqın müstəqilliyini və ABŞ Ədliyyə Nazirliyinin qərarlarını dəstəkləyir.