
Bunu elm və təhsil naziri Emin Əmrullayev “V İqtisadiyyat və İdarəetmə Sahəsində Təqdqiqatçıların Beynəlxalq Elmi Konfansı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün ali təhsil müəssisələrində imtahan prosesləri şəffaf keçirilir. Bu baxımdan heç universitetlərin çoxuna nəzarət etməyə belə ehtiyac qalmır: “Bu gün bir ali təhsil müəssisəsindən digərinə köçürülmə hansısa subyektiv fikir əsasında deyil, DİM tərəfindən olan məlumatlar əsasında həyata keçirilir. Azərbaycanda ali təhsilin inkişafı üçün bir sıra işlər görülüb. Hazırda ölkədə təhsil alan hər iki tələbədən biri dövlət hesabına təhsil alır. Tələbə kreditlərindən 20 mindən çox şəxs yararlanıb və bu say daha da artacaq”.
Tehsil-press.az