Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkoya silahlı qiyamın yatırılmasına verdiyi töhfəyə görə təşəkkür edib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə çıxışında bildirib.
“Mən Belarus Prezidenti Aleksandr Lukaşenkoya vəziyyətin sülh yolu ilə həllinə göstərdiyi səylərə və töhfələrinə görə minnətdaram”, - Putin deyib.
Rusiya Prezidenti qeyd edib ki, rusların vətənpərvərlik ruhu və cəmiyyətin birləşməsi silahlı qiyamın dayandırılmasında həlledici rol oynayıb.
Onun sözlərinə görə, qiyamın təşkilatçıları xalqa və “vaqner”çilərə xəyanət ediblər.
Putin deyib ki, “Vaqner” döyüşçüləri Rusiya Federasiyasının Müdafiə Nazirliyində xidmətlərini davam etdirə və ya Belarusa gedə bilər, onlara verilən vəd yerinə yetiriləcək: “Bu gün sizin Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə imzalamaqla Rusiyaya xidmətinizi davam etdirmək və ya ailənizin və dostlarınızın yanına qayıtmaq imkanınız var. Kim istəyirsə, Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sizindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq”.
Tehsil-press.az