Filippində vulkan püskürməsi səbəbindən daha 30 min nəfər təxliyə ediləcək

Filippində vulkan püskürməsi səbəbindən daha 30 min nəfər təxliyə ediləcək Filippin hakimiyyəti Luson adasında (Bikol bölgəsi, Albay əyaləti) püskürən Mayon vulkanı ərazisində təhlükə zonasından daha 30 min nəfəri təxliyə etməyə hazırlaşır.
Filippin Xəbər Agentliyinin daha əvvəl yaydığı məlumata görə, iyunun 11-də Mayon vulkanının püskürməsi nəticəsində 13,8 min insan təxliyə edilib. Yerli hakimiyyət orqanları təxliyə olunanları humanitar yardım, o cümlədən su, ərzaq ehtiyatı və ilkin tələbat malları ilə təmin etmək üçün təxminən 500 min dollar ayırıb.
Hündürlüyü 2500 metrədək olan Mayon vulkanı konusvari formaya malikdir. Filippində ən aktiv vulkan hesab olunur. Mayonun püskürməsi sonuncu dəfə 2018-ci ilin yanvarında baş verib.

Tehsil-press.az



Oxşar xəbərlər