"Fransa demokratiyadan danışır, lakin dediklərini tətbiq etmir”

"Biz hazırda Fransanın müstəmləkə siyasətinə məruz qalırıq”.
“Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbir zamanı Martinikin azadlığı partiyasının nümayəndəsi Luc Carole deyib.
“Fransa dövlətinin strategiyası hansı ki, o yerli əhalini fransız əhalisi ilə əvəz etməkdir. Əvəz etmə isə soyqırımla həyata keçir.
Kənd təsərrüfatında zəhərli maddədən istifadə nəticəsində xalqımızın 92 faizi xərçəng xəstəliyinə tutulub. Fransa isə iddia edir ki, xərçəng xəstəliyi bizim genetikamızda var. Fransa demokratiyadan danışır, lakin dediklərini tətbiq etmir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər