Emmanuel Makron: Fransa Əlcəzairlə etimad mühiti yaratmaq istəyir

Emmanuel Makron: Fransa Əlcəzairlə etimad mühiti yaratmaq istəyir Əlcəzairdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron həmkarı Abdel Məcid Tebbunla keçirdiyi mətbuat konfransında bildirib ki, fransızların və əlcəzairlilərin ortaq ağrılı keçmişi bəzən gələcəyə doğru baxmağa mane olur. O vurğulayıb ki, Fransa bu stereotipləri yox etməyə və qarşılıqlı etimad mühiti yaratmağa çalışır. Emmanuel Makron əlavə edib ki, tarixçilərin müstəmləkə dövründə Əlcəzairdə fransız əsgərləri tərəfindən törədilmiş kütləvi qırğınları araşdırması üçün onlara Parisdəki arxivlərdəki sənədlər heç bir mane olmadan təqdim ediləcək.
Fransa Prezidenti səfər çərçivəsində 130 illik müstəmləkədən qurtulmaq uğrunda mübarizəyə qalxmış və qətlə yetirilmiş əlcəzairlilərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub.
Səfər zamanı dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri, Afrika qitəsində mövcud vəziyyət, xüsusən Əlcəzairin cənub qonşusu Malidə gərginliyə son qoyulması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər arasında əsas müzakirə mövzusu isə Afrikanın ən böyük qaz ixracatçısı olan Əlcəzairin Avropaya mavi yanacaq nəqlini artırması olub. Fransa Prezidenti əlcəzairli həmkarından qaz hasilatını artırmağı xahiş edib.

Tehsil-press.az


Oxşar xəbərlər