Moskvaya yenidən dron hücumu oldu

Moskvaya yenidən dron hücumu oldu “Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib”.
Bu barədə Moskva meri Sergey Sobyanin teleqram hesabında məlumat verib.
“Bu gün saat 11:00 radələrində (Bakı vaxtı ilə 12:00) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - deyə mer qeyd edib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib:
“Pilotsuz uçuş aparatı Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirilib”.
Qeyd edək ki, bir neçə gün öncə də Moskvaya dron hücumu edilmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər