
Bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak öz tviter hesabında açıqlayıb.
“Hücumlarla birbaşa əlaqəmiz yoxdu”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Moskvada yaşayış binalarına PUA-larla hücum edilməsi barədə məlumat yayılıb. Rusiya Müdafiə Nazirliyi Ukraynanın təyyarə tipli 8 pilotsuz uçuş aparatı ilə Moskvaya hücum etməyə cəhd etdiyini açıqlayıb. PUA-ların hamısının zərərsizləşdirildiyi bildirilir.
Tehsil-press.az