Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 24 mini ötüb

Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 24 mini ötüb 2023/2024-cü tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.
Iyulun 28-dən avqustun 11-dək “www.portal.edu.az” platforması vasitəsilə 24 min 90 nəfərdən 75 min 140 müraciət daxil olub.
Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.
Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.
Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin sentyabrın 1 –5-i tarixlərində baş tutması planlaşdırılır.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 min 420 yer üzrə aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər