Ronaldudan yeni dünya rekordu

Ronaldudan yeni dünya rekordu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Instagram” səhifəsi 600 milyon insan tərəfindən izlənilən ilk şəxs olub.
Futbolçu hələ 2022-ci ilin noyabrında bu sosial şəbəkədə 500 milyon abunəçi həddini keçib.
Hazırda abunəçilərinin sayına görə ikinci yeri daha bir məşhur futbolçu - “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tutur. Onun səhifəsinə 482 milyon istifadəçi abunə olub.

Tehsil-press.az


Oxşar xəbərlər