Çeçenistanda toylarda bunlar qadağan edildi - Brilyant üzük, xəz...

Çeçenistanda toylarda bunlar qadağan edildi - Brilyant üzük, xəz... Çeçenistan Müsəlmanlarının Ruhani İdarəsi "Toy şənliklərinin keçirilməsinin məcburi normaları" adlı sənəd dərc edib.
Qayda ölkə rəhbəri Ramzan Kadırovun göstərişi ilə hazırlanıb.
Yeni qaydalara əsasən, kürəkən, qayınata, qayınana və başqalarına bahalı hədiyyələr vermək qadağandır.
Həm də kürəkən tərəfindən ziyarət zamanı hədsiz hədiyyələr vermək də məhdudlaşdırılır.
“İslam dininə və çeçen adətinə uyğun gəlməyən hər hansı israfçılıq, yəni brilyant üzüklər, xəz gödəkçələr, məişət texnikası, mənzillər, avtomobillər və s. kimi bahalı hədiyyələr qəti qadağandır", - deyə sənəddə bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər