Psixoloq bildirib ki, oğlan uşaqlarının dəcəl olması milli-mənəvi dəyərlərdən irəli gəlir. Uşaq ətrafındakı insanlara və hadisələrə reaksiya verməlidir. Lakin həddən artıq valideynlə ünsiyyəti alınmayan uşaqlar hiperaktiv sayılır. Bu isə davranış pozuntusudur.
Həmçinin, Ülviyyə Murtuzova qeyd edib ki, uşaqların 3 yaşa qədər tərbiyəsi formalaşır. 6 yaşda isə tam başa çatır. Ümumilikdə, tərbiyə ya var, ya da yoxdur. Tərbiyənin formalaşmasında valideynin rolu böyükdür. Cəmiyyət sadəcə onun inkişafını ləngidə bilir.
Tehsil-press.az