
Şücaətinə görə kapitan Larri L. Taylora “Şərəf” medalı təqdim edən Baydenin mərasimdə maska taxması diqqət çəkib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre bununla bağlı açıqlama yayıb:
“Prezident Baydenin dünən və bu gün keçirdiyi koronavirus testləri mənfi olub və xəstəliyin heç bir əlaməti yoxdur. Prezident Co Bayden dünən korona testi müsbət olduğu üçün Birinci xanım Cill Bayden ilə bir müddət qapalı yerlərdə və insanların yanında maska taxacaq”.
Qeyd edək ki, Ağ Evdən verilən açıqlamada ABŞ-nin birinci xanımı, 72 yaşlı Cill Baydenin COVID-19 testinin müsbət çıxdığı və yüngül simptomlar göstərdiyi açıqlanıb.
Tehsil-press.az