Baydenin NATO-nun Baş katibi Stoltenberqlə görüşü təxirə salınıb

Baydenin NATO-nun Baş katibi Stoltenberqlə görüşü təxirə salınıb ABŞ Prezidenti Co Baydenin NATO-nun Baş katibi Yens Stoltenberqlə planlaşdırılan görüşü təxirə salınıb.
Ağ evdən verilən açıqlamada Baydenin Stoltenberq ilə bu gün keçirəcəyi ikitərəfli görüşü və bu axşam iştirak edəcəyi Missiya Rəhbərlərinin qəbul proqramının sabah baş tutacağı açıqlanıb.
İclasın təxirə salınmasının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Lakin Ağ ev bu səhər yerli vaxtla Baydenin diş müalicəsi keçdiyi üçün əvvəlcədən elan edilmiş proqrama qatıla bilməyəcəyini bildirmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər