
Birinciliyin keçirilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, yeniyetmələrin asudə vaxtının səmərəli təşkilinə dəstək vermək, uşaqları sağlam həyat tərzinə cəlb etmək, yerli və beynəlxalq yarışlara idmançılar hazırlamaq və onların yarış təcrübəsini artırmaqdan ibarətdir.
Yarışı giriş sözü ilə açan 2 saylı RİOEUGİM-in direktoru Zabil Orucov iştirakçılara uğurlar arzulayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qalib gələn idmançılar müvafiq diplom, kubok, medal və xatirə hədiyyələri ilə təltif olunub. Açar sözlər: məktəbdənkənar fəaliyyət


tehsil-press.az