Portuqaliyadan 9:0-lıq qələbə - Gecənin nəticələri

Portuqaliyadan 9:0-lıq qələbə - Gecənin nəticələri AVRO-2024-ün seçmə mərhələsində VI turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu dəfə 2 qrupda 5 görüş baş tutub.
J qrupunda liderlər Portuqaliya ilə Slovakiya böyükhesablı qələbə qazanıb.
Portuqaliyalılar Lüksemburqu, slovakiyalılar isə Lixtenşteyni darmadağın ediblər. İslandiya isə son dəqiqlərdə vurduğu qolla Bosniya və Herseqovinanı üstələyib.
D qrupunda Xorvatiya İrəvan, Uels Latviya səfərindən 3 xalla dönüb.
AVRO-2024-ün seçmə mərhələsi
VI tur
11 sentyabr

D qrupu
Ermənistan – Xorvatiya – 0:1
Kramariç, 13
Latviya – Uels – 0:2
Remsi, 29 (pen); Bruks, 90+6
J qrupu
İslandiya - Bosniya və Herseqovina – 1:0
Finbogasson, 90+2
Portuqaliya – Lüksemburq – 9:0
İnaçio, 12; 45+4; Ramos, 18; 34; Jota, 57; 78; Horta, 67; Fernandes, 83; Feliks, 88
Slovakiya – Lixtenşteyn – 3:0
Hanço, 1; Duda, 3; Mak, 6

Tehsil-press.az


Oxşar xəbərlər