Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransa səfiri Rusiya XİN-ə çağırıldı Fransa səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb rusiyalı jurnalistlərin Fransa Prezidenti Emmanuel Makronun G20-də keçirilən mətbuat konfransında iştirakına icazə verilməməsidir.
Səfirə G20 sammitində Fransa hakimiyyət nümayəndələrinin “RİA Novosti” müxbirlərinə və digər jurnalistlərə qarşı ayrı-seçkilik və açıq şəkildə rusofobik hərəkətləri ilə bağlı sərt etiraz bildirilib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərin mətbuat konfransına buraxılmamasına görə Fransanın üzr istəməsini tələb edib.

Tehsil-press.az



Oxşar xəbərlər