
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Fransa diplomatik nümayəndəliklərinin 34 əməkdaşı iki həftə ərzində ölkəni tərk edəcək.
Fransa səfiri Pyer Levi mayın 18-də Rusiya XİN-ə çağırılıb və bildirilib ki, Fransa tərəfi Rusiyanın 41 diplomatını əsassız olaraq “arzuolunmaz şəxs” elan edib. Rusiya xarici siyasət idarəsi bu addımı iki ölkə arasında münasibətlərə zərbə kimi qiymətləndirib.
Tehsil-press.az