Bu ölkədə üzü örtən geyimlər qadağan edildi

Bu ölkədə üzü örtən geyimlər qadağan edildi İsveçrədə ictimai yerlərdə üzü örtən geyimlərdən istifadənin qadağan edilməsi parlament tərəfindən təsdiqlənib.
Layihə lehinə 151 səs, əleyhinə 29 səs ə olmaqla qəbul edilib.
6 deputat isə bitərəf qalıb.
Qanun layihəsinə görə, ictimai yerlərdə üzü tam örtmək qadağan edilib, bütün ictimai və ya özəl yerlərdə göz, burun və ağız görünməlidir.
Qanun layihəsi sağlamlıq səbəbi ilə və ya ibadət yerlərdə üz örtüyü ilə bağlı istisnaları ehtiva edir.
Hakimiyyət icazə verərsə, bəzi nümayişlərdə üzün örtülməsinə icazə də veriləcək.
Qadağaları pozanlar 1000 İsveçrə frankı məbləğində cərimələnə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər