
Tehsil-press.az xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına məlumat verib ki, 2002-ci ildə təməli qoyulan “AITF” sərgisi bu il 15-ci yubileyini qeyd edir.
“AITF-2016” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar respublikamızın turizm potensialını nümayiş etdirir. Sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən ənənəvi Qarabağ stendi də təqdim olunur. Sonra dövlət başçısı və xanımı Bakıda turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar.
tehsil-press.az