Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir Oktyabrın 23-dən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək.
Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər oktyabrın 23–31-də ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər