ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri postuna 9 Respublikaçı namizəddir

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri postuna 9 Respublikaçı namizəddir ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri postuna 9 Respublikaçı namizəddir
Nümayəndələr Palatası oktyabrın əvvəlindən spikersiz qalıb.
Partiya son namizədi Cim Cordanı rədd etdikdən sonra doqquz respublikaçı ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd olacaqlarını açıqlayıb. Bu barədə The New York Times xəbər verir.
Konqresmenlər respublikaçıların namizədlik prosesini yenidən açmaq üçün qapalı iclasda səs verməsindən bir neçə saat sonra namizədliyini irəli sürməyə başladılar.
Vəzifə uğrunda mübarizə aparan qanunvericilər arasında veteranlar, komitə rəhbərləri və partiya rəhbərliyinin yüksək vəzifəli üzvləri var, lakin nəşrə görə, “onların demək olar ki, heç biri spikerdən tələb olunan milli səlahiyyətlərə malik deyil”. Jurnalistlər xatırladırlar ki, bu postu tutan şəxs prezidentlikdən sonra ikinci sıradadır, həm də partiyasına əsas vəsait yığan şəxsdir.
Namizədlər siyahısına Tom Emmer, Ostin Skott, Bayron Donalds, Kevin Gern, Qari Palmer, Cek Berqman, Mayk Conson, Pit Seşns, Den Meuzer daxil idi.
Nümayəndələr Palatasının Büdcə Komitəsinin sədri Codi Arrinqtonun iştirak edəcəyi gözlənilirdi, lakin o, namizədliyini irəli sürməmək qərarına gəldiyini söylədi.
Bloomberg qeyd edir ki, bu qədər namizədlə bu vəzifəyə səs vermək "uzun sürə bilər".

Tehsil-press.az



Oxşar xəbərlər