
"Biz Atlantikanın hər iki tərəfində ictimaiyyətlə ortaq məxrəcə gəlmənin yollarını tapmalıyıq. Unutmayın ki, öz problemlərinə müəyyən şəkildə baxan real seçicilər var. Bizim ayrı-ayrı ştatlara səyahət etmək, senatorlarla görüşmək planımız var. Ukraynaya ən böyük maliiyə və hərbi yardım ABŞ tərəfindən göstərilib”, – deyə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.
Landsberqis əmindir ki, Ukraynanın müttəfiq ölkələrinin nümayəndələrinin belə bir turu təkcə Amerika siyasətçiləri deyil, həm də bu yardımdan və xarici siyasətin bu istiqamətindən asılı olanlar iştirak etsə, kifayət qədər yaxşı nəticə verə bilər.
Tehsil-press.az