Türkiyədə öldürülən 7 PKK snayperi Ermənistan ordusunun xüsusi təyinatlısı çıxdı

Türkiyədə öldürülən 7 PKK snayperi Ermənistan ordusunun xüsusi təyinatlısı çıxdı Türkiyənini cənub-şərqində PKK terror təşkilatına qrşı antiterror əməliyyatlarında zərərsizləşdirilən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlıları olduğu müəyyən edilib.

Tehsil-press.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, terror üzrə ekspert, istefada olan hərbçi, Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşin deyib ki, ermənilərin ASALA terror təşkilatı ilə PKK terror təşkilatı arasında dərin bağ var.
M. H. Çaşin bildirib ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: “Əldə etdiyim məlumata görə, son 3 ay ərzində döyüşlərdə ölən PKK snayper atıcılarının 7-si Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu müəyyən edilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”.
Ekspert qeyd edib ki, PKK, PYD və ASALA-nın məqsədi hazırda dünyanın 17-ci ən böyük iqtisadiyyatı olan Türkiyənin 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil olmasının qarşısını almaq, Türkiyənin böyüməsini əngəlləməkdir.
M. H. Çaşin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı PKK/PYD/ASALA bağlantısına diqqət çəkdiyini xatırladıb: “Türkiyə-Ermənistan və PKK/PYD problemlərini bir arada dəyərləndirmək lazımdır”.

tehsil-press.az

Oxşar xəbərlər