AMEA-nın əməkdaşları “Vikipediya”da məqalələrin yaradılmasında fəal iştirak edirlər

AMEA-nın əməkdaşları “Vikipediya”da məqalələrin yaradılmasında fəal iştirak edirlər AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir. AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin təşkilatçılığı ilə MEK-də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşlarına “Vikipediya” təlimləri keçirilib.
Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Həmin qruplar məqalələrin redaktəsi və yeni məqalələrin yaradılması işini görəcəklər.
Təlimləri aparan MEK-in əməkdaşı Günay Məmmədova bildirib ki, institutun könüllü “Vikipediya” qrupu məqalələrin yaradılmasında fəal iştirak edir. Artıq qrup tərəfindən müvafiq mövzularda məqalələr yaradılıb və redaktə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər