“Vikipediya”da aqrar mövzularda məqalələr zənginləşdiriləcək

“Vikipediya”da aqrar mövzularda məqalələr zənginləşdiriləcək Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil edilən onlayn “Vikipediya” təlimlərinə qoşulacaqlar.
Tələbələrdən ibarət könüllü komanda yaradılıb və mayın 20-dən onlayn təlimlərə start veriləcək.
Təlimlərin keçirilməsində məqsəd “Vikipediya”nın Azərbaycan dili bölməsində aqrar mövzularda məqalələr yaradılması və əsaslı redaktələr aparılması, bu sahədə məlumat bazasını zənginləşdirməkdir.
Könüllü komanda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərovun təşkilati dəstəyilə yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər