
“Vikipediya”da polyak dilində məqalələrin yaradılması zərurətə çevrilib.
“Fəridə Əliyeva bizim intellektual, vətənpərvər üzvlərimizdəndir. Onun kimi gənclərimizin sayəsində “Vikipediya”nın polyak dil bölməsində Azərbaycanla bağlı məqalələrin zənginləşdiriləcəyinə inanıram. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə təşəkkür edirəm ki, onlayn təlimlərin keçirilməsinə imkan yaradırlar. Əsas məqsədimiz Azərbaycan informasiya təbliğatına töhfə verməkdir”, - deyə Fərid Cəfərli qeyd edib.
Mərkəzi Elmi Kitabxananın təlimçisi Fehruz Rzayevin Fəridə Əliyevanın onlayn “Vikipediya” təlimlərinə böyük marağının olduğunu vurğulayıb.
Tehsil-press.az