
Kitabxananın “Vikipediya” Metodik Mərkəzi tərəfindən ödənişsiz təşkil edilən təlimlərdə tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Onlara, həmçinin “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
Tehsi-press.az