Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçirilir

Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçirilir Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçirilir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə görüşüb.
ÇXR tərəfinin görüşə dair rəsmi açıqlamasında bildirilir ki, Sədr Si Cinpin Çin ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşı güc və inkişaf dinamikası qazandığını, bunun hər iki tərəfin maraqlarına xidmət etdiyini, münasibətlərdəki artım dinamikasını qorumaq üçün birlikdə çalışmalı olduqlarını bildirib.
Dünyada yüz il ərzində görünməmiş miqyasda dəyişikliklər baş verdiyini vurğulayan Si Cinpin Çin və Avropanı çoxqütblülüyü təşviq edən iki əsas qüvvə, qloballaşmanı dəstəkləyən iki əsas bazar və müxtəlifliyi müdafiə edən iki əsas sivilizasiya kimi səciyyələndirib, Çin-Avropa münasibətlərinin qlobal sülh, sabitlik və firavanlıq üçün vacib olduğunu deyib.
Çin ilə Avropa İttifaqı arasında hərtərəfli strateji tərəfdaşlığın 20 ilinin tamam olduğunu diqqətə çatdıran Si Cinpin bildirib ki, tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaşlıq etməli, ikitərəfli siyasi etimadı daim gücləndirməli, strateji konsensusu formalaşdırmalıdırlar.
Qeyd edək ki, Çin və Avropa İttifaqı liderlərinin üzbəüz görüşü dördillik aradan sonra təşkil olunur. Sammit tərəflər arasında ticarət gərginliyinin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. Ekspertlər Brüsselin Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşı olan Çinlə münasibətləri qaydaya salmaq üçün aradan qaldırılması lazım olduğunu söylədikləri əsas iqtisadi iddiaların siyahısı ilə gəldiyini deyirlər. Çinin xarici işlər naziri Van İ bir neçə gün əvvəl açıqlamasında Avropa İttifaqı liderlərinin hazırkı səfərinin münasibətlərin yeni perspektivlərlə yeni mərhələyə qaldırmaq imkanı yaradacağını demişdi.
Ötən il tərəflərin ticarət dövriyyəsi 2,4 faiz artaraq 847,3 milyard ABŞ dollarına çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər