Polimer Materialları İnstitutunda Elmi şuranın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclası keçirilib

Polimer Materialları İnstitutunda Elmi şuranın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclası keçirilib 6 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda Elmi şuranın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclası keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə institutun qadın əməkdaşlarını təbrik edib, onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycan qadınlarının çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında misilsiz xidmətlərindən danışaraq güclü iradələri və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoyduqlarını bildirib. Bəxtiyar Məmmədov institutun 50 qadın əməkdaşına elmi və ictimai işlərdə fəal iştirak etdiklərini nəzərə alaraq təşəkkür elan edildiyini bildirib və bütün qadın əməkdaşlara elmi fəaliyyətlərində uğurlar arzu edib.

Sonra institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, Həmkarlar Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova və başqaları çıxış edərək 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə gözəlliyin, zərifliyin, sədaqətin və ülviliyin rəmzi olan bütün qadınları təbrik ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər