Yayılan kadrlarda Xalq artistinin məşhur, dillər əzbəri olan mahnılarından birini məkanların birində canlı şəkildə səsləndirdiyi görünür. Onun səhnə davranışı, özünəməxsus ifa tərzi və tamaşaçı ilə ünsiyyəti diqqət çəkib.
Videoda İlhamə xanımın hər zamankı kimi iddialı obrazda səhnəyə çıxması, mahnını emosional və güclü interpretasiya ilə təqdim etməsi izləyicilər tərəfindən xüsusi vurğulanıb. İfa zamanı tamaşaçıların alqışları da kadrlarda əks olunub.
Arxiv videosu qısa zamanda geniş yayılaraq sosial platformalarda müzakirə mövzusuna çevrilib. İzləyicilər sənətkarın Azərbaycan estradasındakı yerini xatırladaraq, onun səsinin və repertuarının illər keçsə də aktuallığını qoruduğunu qeyd ediblər.
Paylaşım bir daha göstərib ki, İlhamə Quliyevanın ifaları zaman keçsə də, musiqisevərlərin yaddaşında xüsusi yer tutur.
Tehsil-press.az






