Tədbirin birinci hissəsində AYNA-nın Kommunikasiya departamentinin böyük mütəxəssisi Ruhlan Əbülfəzzadə “Universitet mühitində mikromobillik mədəniyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda agentliyin yaranması, fəaliyyət istiqamətləri, mikromobillik anlayışı haqqında məlumat verilib, maraqlı faktlar təqdim olunub. Agentliyin əməkdaşı təqdimatın ardından tələbələrlə mikromobillik mədəniyyətinin formalaşdırılması, təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə fikir mübadiləsi aparıb, sualları cavablandırıb.
Tədbirin ikinci hissəsində isə skuterdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının gücləndirilməsi məqsədilə praktiki təlim təşkil olunub.
Tehsil-press.az






