Fakültə dekanı Fuad Kərimli ölkəmizdə “Elm günü”nün əhəmiyyəti, eləcə də tanınmış alimlərin gənc nəslin formalaşmasında və elmi potensialın inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verib.
Akademik Vaqif Fərzəliyev məruzəsində neft yağları və onlara artan tələbatdan söz açıb, tədbir iştirakçılarını ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində istifadə olunan T-55, T-72 və T-90 tankları üçün xüsusi təyinatlı sürtkü yağlarının yaradılması istiqamətində rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunda aparılan elmi-tədqiqat işləri haqqında məlumatlandırıb. O, institutun fəaliyyəti dövründə əldə etdiyi elmi nailiyyətlər və layiq görüldüyü mükafatlar haqqında da danışıb.
Məruzədə xüsusi təyinatlı yağların əsas komponentləri, onların tətbiqi zamanı qarşıya çıxan problemlər, tullantısız texnologiyaların qurulması məsələləri geniş təqdim olunub. Akademik M-16İXP-3 və M-16İXP-U markalı xüsusi təyinatlı yağların ölkəmizin müdafiə sənayesindəki əhəmiyyətinə xüsusi diqqət yetirib. Çıxış zamanı bu sahədə əldə etdiyi uğurlar və həmin tədqiqatlara görə layiq görüldüyü Dövlət mükafatı da iştirakçıların diqqətinə çatdırıb.
Tehsil-press.az






