
Türk dünyası qadınlarını Şimali Kipr Türk Respublikasında görməkdən məmnunluğunu bildirən Ersin Tatar türk dövlətlərinin birlikdə daha güclü olacağına inamını ifadə edib. “Əsrlərlə bizi ayırdılar, amma biz dilimizi, dinimizi, mədəniyyətimizi qoruyub saxladıq”, - deyən Ersin Tatar qadınlar arasında işgüzar əlaqələrin genişlənməsinin və əməkdaşlıq istiqamətində addımların atılmasının əhəmiyyətindən bəhs edib.
Kiprin birinci xanımı Sibel Tatar isə türk dövlətlərində qadınların cəmiyyət həyatının müxtəlif sahələrində layiq olduqları yeri tutmalarının sevindirici olduğunu bildirərək, onlar arasında birliyin güclənməsinin Türk dünyası üçün ciddi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Çıxışlardan sonra Prezidentə və birinci xanıma hədiyyələr təqdim olunub.
Tehsil-press.az