
Virus məlumat bazalarını şifrələyib. “La Repubblica” qəzetinin məlumatına görə, hələ də dəymiş ziyanın həcmi hesablanır. Haker hücumu əməkhaqqı və elektron hesab-faktura sistemlərinə təsir edib. Milli Kibertəhlükəsizlik Agentliyinin texniki işçiləri araşdırma aparırlar.
İtaliyanın İnformasiya Təhlükəsizliyi Assosiasiyasının noyabrda dərc etdiyi hesabata görə, bu ilin ilk altı ayında İtaliyada kiberhücumların sayı 2022-ci illə müqayisədə 40 faiz artıb ki, bu da dünyanın digər ölkələri ilə müqayisədə təxminən 4 dəfə çoxdur.
Tehsil-press.az