
"Hürriyyət" qəzetinin verdiyi məlumata görə, H.Akar və H.Fidan vilayətin rəhbəri və güc strukturlarının nümayəndələri ilə görüşüblər. Qeyd edək ki, bu gün Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən Suriya tərəfdən raket zərbəsinə tuş gəlib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Vilayət artıq üçüncü dəfədir ki, İŞİD terror təşkilatının nəzarətində olan ərazilərdən atəşə məruz qalır.(Trend)
tehsil-press.az