Ərdoğan yeni hökuməti qurmağı Yıldırıma tapşırdı

Ərdoğan yeni hökuməti qurmağı Yıldırıma tapşırdı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.

Tehsil-press.az İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Prezident dəftərxanasının yaydığı rəsmi bəyanatda deyilir. Bəyanatda bildirilir ki, Ərdoğan yeni, 65-ci hökuməti qurmağı Binali Yıldırıma tapşırıb.
Xatırladaq ki, bu gün AKP-nin II fövqəladə qurultayında Binali Yıldırım 1411 nümayəndədən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Xatırladaq ki, mövcud ənənəyə uyğun olaraq hakim partiyanın sədri həm də Türkiyənin baş naziri olur.


Tehsil-press.az

Oxşar xəbərlər