Sumqayıtda 34 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Sumqayıtda 34 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var Sumqayıt şəhərində ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Saat 02 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlunu saxlayıblar.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu gün saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Tehsil-press.az




Oxşar xəbərlər