Şəki Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Fazil Qədirovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin edilməyib.
Qeyd: Göyçay Peşə Liseyində baş vermiş qanunsuzluqlar ilə bağlı Göyçay rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Aparılmış ibtidai istintaqla müəyyən edilib ki, 2000-2021-ci illər ərzində liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini işləmiş Fazil Qədirov 2020-ci ilin yay aylarında onunla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında bağlanmış əmək müqaviləsinə əsasən, tədris müəssisəsinin əmlakının uçotonu və inventarlaşdırılmasını təşkil etmək, qiymətli malların və materialların qorunub saxlanmasını təmin etmək səlahiyyətlərinə malik tam maddi məsul şəxs olmaqla, liseyin balansında olan ümumilikdə 5 min 600 manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.
İş üzrə toplanmış sübutlar əsasında Fazil Qədirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını mənimsəmə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
Tehsil-press.az