Bakıda məşhur marketin anbarında yanğın olub

Bakıda məşhur marketin anbarında yanğın olub Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

Hadisə “Zabrat 1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 6 texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər