Bakıda Elektrik Stansiyasında yanğın - Yenilənib

Bakıda Elektrik Stansiyasında yanğın - Yenilənib Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib. Bu barədə BAKU.WS məlumat yayıb .
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.
***
“Azərenerji”nin mətbuat katibi Yəhya Babanlı məlumatı təsdiqləyib: “Bu gün ehtiyat transformatorda yanğın olub, hazırda lokallaşdırılıb. Bu transformator aktiv deyil, elektrik xəttinə qoşulmayıb”.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hazırda Təcili Tibbi Yardım Stansiyasının avtomobili və həkim heyəti ərazidədir, xəsarət alan qeydə alınmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər