Bakıda beşmərtəbəli binada yanğın

Bakıda beşmərtəbəli binada yanğın Xətai rayonunda beşmərtəbəli binada yanğın olub.

Təhsil-press.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:14-də söndürülüb.

Təhsil-press.az

Oxşar xəbərlər